Naxçıvan şəhər Poliklinikasının Baş həkimi Səadət İbrahimova tutduğu vəzifədən azad edilib.
Bununla bağlı muxtar respublikanın səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Samiq Sadıxov müvafiq əmri imzalayıb.
Onun digər əmri ilə həmin vəzifəyə Ləman İbrahimova təyin edilib.
Qeyd edək ki, 1978-ci il təvəllüdlü Ləman İbrahimova Azərbaycan Tibb Universitetinin məzunu, həkim-kardioloqdur.