Vahid Dispetçer Xidməti bu gün səhər pik saatlarında paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlığı səbəbindən 58 müntəzəm marşrut xətti üzrə 223 avtobusun hərəkət intervalında gecikmələr yarandığı barədə məlumat yayıb.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Senzor.az-a bildirilib ki, aşağıda qeyd olunan istiqamətlər üzrə vəziyyət hazırda belədir:
1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 25-30 dəqiqə gecikmə müşahidə olunur.
2. Tbilisi prospekti – 20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-14 dəqiqə gecikmə var.
3. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M. K. Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində, eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-15 dəqiqə gecikmə müşahidə olunur.
4. Binəqədi şosesi – şəhər istiqamətində sıxlıq var. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-16 dəqiqə gecikmə qeydə alınır.
5. Zabrat şosesi – şəhər istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət səbəbindən 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 35-40 dəqiqə gecikmə müşahidə olunur.
6. Qara Qarayev prospekti – Ziya Bünyadov prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət səbəbindən 7A, 11, 15, 30, 35, 40, 44, 49, 51, 62, 64, 81, E1 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 35-40 dəqiqə gecikmə müşahidə edilir.
7. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, E1, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 35-40 dəqiqə gecikmə müşahidə olunur.
8. Koroğlu Rəhimov küçəsi – hər iki istiqamətində sıxlıq. Bu səbəbdən həmin ərazidən keçən 13 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə var.
9. Babək prospekti şəhər istiqamətində 15, 30, 32 və 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-20 dəqiqə gecikmə müşahidə olunur.
10. Xocalı prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49, 175 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 20-25 dəqiqə gecikmə qeydə alınır.
11. Yavər Əliyev küçəsi – Aeroport şosesi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət səbəbindən 24, 35, 40, 49, 113, 184, 208, 209 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 35-40 dəqiqə gecikmə müşahidə olunur.
12. Badamdar şosesi, Mikayıl Müşfiq küçəsi, Parlament prospekti istiqamətində 3, 29, 31, 53 və 206 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə var.