Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi minalarla daha çox çirklənmiş ərazi kateqoriyasına daxil edilib.
Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Əməliyyat İdarəsinin rəisi İdris İsmayılov "Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər" mövzusunda ilk beynəlxalq konfransda deyib.
O bildirib ki, agentlik tərəfindən həmin ərazidə 1 aydan çox minatəmizləmə fəaliyyəti həyata keçirilib.
"Təxminən 1,4 hektar ərazidən 121 ədəd mina aşkarlanaraq zərərsizləşdirilib. Onlardan 85 ədədi tank əleyhinə mina, 36-sı isə piyada əleyhinə minadır. Agentlik tərəfindən bundan sonra da aparılacaq qazıntı işlərinin təhlükəsizliyinin təmin olunması üçün aidiyyəti ərazilərin minalardan təmizlənməsi işləri davam etdiriləcək".