Mayın 25-də saat 05 radələrində Bakıda polis baş serjantı xəstəxanada dünyasını dəyişib.
Senzor.az DİN-in Mətbuat Xidmətinə istinadən bildirir ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.
Lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq o, həyatını itirib.
Araşdırma aparılır.
Qeyd edək ki, S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.