Bu gün ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşa bilər.
Senzor.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Mayın 27-də dağlıq və dağətəyi rayonlarda qeyri-sabit, yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər saatlarında magistral avtomobil yollarının ayrı-ayrı hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimal olunur.