Qarabağ və Şərqi Zəngəzurun “Qırmızı kitab”ının hazırlanması nəzərdə tutulub

“Qırmızı kitab”ın üçüncü nəşrinə 241 fauna növü daxil edilib. Həmin rəqəm birinci nəşrdə 108, ikinci nəşrdə isə 223-ə bərabər idi. Təəssüf ki, “Qırmızı kitab”a düşən növlərin sayında artım var. Buna səbəb antropogen təsirlərlə yanaşı, iqlim dəyişiklikləri və fauna növləri haqqında məlumatın kitab çap olunana qədər kifayət qədər olmamasıdır.


Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun icraçı direktoru, biologiya elmlər doktoru Elşad Əhmədov deyib.


Üçüncü nəşrin daha təkmil olduğunu bildirən E.Əhmədov fikirlərinə davam edib: “Əvvəlki nəşrlərdən fərqli olaraq kitab iki dildə - Azərbaycan və ingilis dillərində çap olunub. Növlər beynəlxalq kateqoriyaya uyğun qiymətləndirilib. Nəticədə istər yerli, istərsə də xarici mütəxəssislər məlumatlara baxmaqla növün vəziyyətini müəyyənləşdirə biləcəklər. İlk növbədə növün təsviri verilib, onun bioekoloji xüsusiyyətləri, yayılması, məhdudlaşdırıcı amillər, yəni növün sayının azalmasına təsir edən faktorlar və növün qorunmasında mövcud olan təklif edilən tövsiyələr yer alıb.

Sonuncu nəşrə 60 yeni fauna növü daxil edilib, onlardan 35 növü onurğasızlar, 25 növü isə onurğalılardır. Əvvəlkilərdən fərqli olaraq çəhrayı siyahı da tərtib edilib. Çəhrayı siyahı o deməkdir ki, həmin növ yenə də dövlət tərəfindən qorunur və onu ovlamaq və ya qırmaq olmaz. Lakin görülən tədbirlər nəticəsində həmin növlərin sayında artım var. Buna baxmayaraq, çəhrayı siyahıdakı növlər həmişə nəzarət altında olmalıdır, əks halda yenidən məhvolma təhlükəsi ilə üzləşə bilərlər. 42 fauna növü çəhrayı siyahıya salınıb. Üçüncü nəşrə 35 həşərat növü daxil edilib, ikinci nəşrdən 25 növ həşərat isə çəhrayı siyahıya keçirilib. Suda-quruda yaşayanlarda dəyişiklik edilməyib, 6 növ olduğu kimi qalıb. Sürünənlərdən isə dörd növ əlavə olunaraq ümumi 18 növ daxil edilib. Quşlardan 10 növ çəhrayı siyahıya keçirilib, 10 yeni növ son nəşrə daxil edilib. Məməlilərdən isə 6 növ çəhrayı siyahıya əlavə edilib, üç yeni növ isə sonuncu nəşrə salınıb”.


E.Əhmədov qeyd edib ki, “Qırmızı kitab”ın üçüncü nəşrinin ən mühüm tərəflərindən biri də həmin nəşrdə azad edilmiş ərazilərin də nadir fauna və flora növləri haqqında məlumatın yer almasıdır: “İşğaldan azad edilmiş ərazilərin fauna və flora növləri uzun illərdən sonra tədqiq olunsa da, minalanmış sahələrin çoxluğundan geniş araşdırmalar aparmaq mümkün olmadı. Gələcəkdə ərazilər minalardan təmizləndikdən sonra Qarabağ və Şərqi Zəngəzurun “Qırmızı kitab”ının hazırlanması planlaşdırılır. Hazırlanacaq kitabda həmin ərazilərə xas olan endemik növlər də yer alacaq. Son nəşrin daha bir özəlliyi Naxçıvanın flora və faunasının daha geniş təsvir edilməsi ilə bağlıdır”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.