Hacıqabulda qardaşlar bıçaqlanıb, saxlanılan var.
Bu barədə Senzor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 1-i saat 23 radələrində Hacıqabul şəhərində şəhər sakinləri Elşən Quliyevin və qardaşı Amidin xəsarət almaları barədə polisə məlumat daxil olub.
Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları araşdırmalarla E.Quliyevə və qardaşına şəhər sakini Mehman Rzayev tərəfindən münaqişə zəminində xəsarət yetirildiyi müəyyən edilib.
Əməliyyat tədbirləri ilə M.Rzayev şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.