Sabah bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq.
Senzor.az bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, iyunun 5-də gecə və səhər dağlıq rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 700 - 1 000 m-dək məhdudlaşacağı ehtimal olunur.