Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki "Sumqayıt Nəqliyyat" MMC-nin baş direktoru Fikrət Orucov vəzifəsindən azad edilib.
Senzor.az xəbər verir ki, bununla bağlı İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əmr imzalayıb.
Digər əmrlə Sirac Səfərov "Sumqayıt Nəqliyyat"ın yeni baş direktoru təyin olunub.
Xatırladaq ki, "Sumqayıt Nəqliyyat" 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 50 manatdır.