İsmayıllıda sel: Lahıca gedən yol bağlandı - YENİLƏNİB, VİDEO

Sel suları nəticəsində gecə saatlarında İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 5 nöqtəsində yolun hərəkət hissəsinə lil və qaya parçalarının tökülməsi nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış məhdudiyyət aradan qaldırılıb.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

 

Bildirilir ki, Agentliyin gecə boyu səhər saatlarına qədər apardığı təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən yol boyu avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.

 

**23:24(06.06.2023)


Bu gün axşam saatlarından başlayaraq İsmayıllı rayonuna yağan güclü leysan bir sıra fəsadlar törədib.

 

“Report” xəbər verir ki, sel suları xüsusən rayonun şimal hissəsindəki Gəndov, Namazgah kəndlərində və Lahıc qəsəbəsində təsərrüfatlara ciddi ziyan vurub. Sel evləri, tövlələri turizm-istirahət obyektlərini, mağazaları basıb, ağaclar, ekektrik və rabitə dirəkləri aşıb, qaz borusu qırılıb, əhali qazsız və işıqsız qalıb. Sel səbəbindən yolları qalın lil qatı örtüb, nəqliyyatın hərəkəti çətinləşib, İsmayıllı şəhərindən Lahıc qəsəbəsinə gedən yol bağlanıb.

 

Hazırda rayona yağış yağır, sel axını davam edir. Əhaliyə dəyən ziyanın məbləği İsmayıllı Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən dəqiqləşdirilir.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.