Biləsuvarda iki gün əvvəl keçmiş kürəkəni tərəfindən bıçaqlanan kişi vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, ağır bədən xəsrətləri alan 54 yaşlı Azad Almasov bu gün xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə iyunun 8-də baş verib. Rəsmi məlumata görə, 1989-cu il təvəllüdlü Elşən Şəbiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qayınatası Azad Almasova kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.
Elşən Şəbiyev şübhəli şəxs qismində tutulub.