Əmək müqaviləsi ilə çalışanların sayı azdır - SAHİL BABAYEV

"Son 4 ildə 450 min əmək müqaviləsinin artımına baxmayaraq məşğul əhalinin içərisində əmək müqaviləsi ilə çalışanların sayı azdır. Hədəf bir bu qədər də əmək müqavilələrinin sayının olmasıdır".


Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Gələcəyə qayıdış” devizi ilə keçirilən İnsan Resursları Zirvəsində çıxışı zamanı deyib.


Nazirin sözlərinə görə, insan resursları ilə əmək bazarı arasındakı vəhdət tapılmalıdır: "Aidiyyəti qurumlarla mütəmadi müzakirələr aparılır və bu da nəticəyönümlü olmalıdır. Texnoloji inkişaf da qarşımızda böyük çağırışlar qoyur. Texnologiya inkişaf etdikcə insan əməyinə ehtiyac da azalır".


S.Babayev qeyd edib ki, bu gün məşğul və muzdlu şəkildə çalışanlar arasında ixtisassız işçi qüvvəsi var: "Onların təlim-peşə hazırlığına cəlb edilərək bilik və səriştə ilə zənginləşdirilməsi lazımdır. Əmək bazarında gender bərabərliyinin təmin edilməsi istiqamətində görülən işlər davam etdirilməlidir. 5 ildə bu sahədə dinamika yaxşılaşıb. Bundan başqa, məşğul əhalinin 36 %-i kənd təsərrüfatında çalışır. Texnologiyaların inkişafı səbəbindən bu say azalacaq. İşçi qüvvəsinin səmərəsinin artırılması vacib məsələdir".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.