Yazıçı Əmir Pəhləvanın “Sevənlərindir dünya” əsəri əsasında hazırlanan tamaşanın premyerası olub - FOTO

Dünən axşam Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq Əmir Pəhləvanın “Sevənlərindir dünya” əsəri əsasında hazırlanan ikihissəli məzhəkənin premyerası keçirilib.


AZƏRTAC xəbər verir ki, texnoelektron eranın və qloballaşan dünyanın nəbzinə hesablanmış musiqili tamaşanın ana xəttini iki gəncin – bakılı Şəriflə özbək qızı Müyəssərin saf və ülvi məhəbbəti təşkil edir.

Əsərdə qadın azadlığı namus, ismət etiketləri çərçivəsində sivil və qloballaşan dünyanın aparıcı simvoluna çevrilir. Sərbəst ailə qurmaq arzusu ədəb-ərkan qaydalarından kənara çıxmır. Alicənablıq və özünə əminlik adət-ənənələri müşayiət edərək yaranmış psixoloji gərginliyi aradan qaldirir və sevənlərin izdivacına yaşıl işıq yandırır. Tamaşanın əsas motivi dünyanı xilas edən ülvi və saf məhəbbətə olan inam hissidir və bu, bir-birini pak məhəbbətlə sevən iki türk gəncinin timsalında təqdim edilir.

Tamaşada əsas rollarda Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, digər aktyorlar Telli Hüseynova, Əliməmməd Novruzov, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov, Hüseyn Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Güldanə Əzimova, Emin Zeynallı, Nəzrin İsmayılzadə, Cəlal İsayev, Ayan Qurbanova, Ofeliya Məmmədova, Nərmin Əliyeva, Eleanora Abbasova, Murad Əliyev və Cəbrayıl Cəbrayılov çıxış ediblər.


Teatrın xor və balet truppasının üzvlərinın çıxışı tamaşaya özünəməxsus rəng və çalarlar əlavə edir. Tamaşada Azərbaycan və özbək xalq musiqisindən, milli rəqslərindən və folklor nümunələrindən yerli-yerində və məharətlə istifadə olunub. “Sevənlərindir dünya” həm də iki qardaş xalqın adət-ənənələrindəki yaxınlıq və doğmalığı nümayiş etdirir.

Süjet xəttində real sevgi hekayəsi dayanan məişət komediyasının quruluşçu rejissoru Elməddin Dadaşovdur. Səhnə əsərinin baletmeysteri Kamilə Əliyeva, səhnə tərtibatı və geyim üzrə quruluşçu rəssamı Sənan Fətullazadə, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, rejissor assistenti Tamilla Aslanovadır.

Tamaşadan sonra “Sevənlərindir dünya” əsərinin müəllifi Əmir Pəhləvan deyib: “Bu, mənim teatr səhnəsində tamaşaya qoyulan üçüncü əsərimdir. Bundan əvvəl Bakı Bələdiyyə Teatrında “İnsan və iblis”, Dövlət Akademik Musiqili Teatrda isə “İstədiyim yar idi” əsərlərim oynanılıb. “Leyla və Henrix” adlı operettam Berlin şəhərində tamaşaya hazırlanıb, yaxın vaxtlarda nümayiş olunacaq. Bu gün səhnəyə qoyulan tamaşada zəhməti keçən teatrın bütün kollektivinə təşəkkür edirəm. Güman edirəm ki, onlar əsasında iki gəncin sevgisi dayanan əsərə maraqlı və baxımlı səhnə həyatı veriblər”.

Qeyd edək ki, bu gün tamaşa yenidən teatrsevərlərə təqdim olunacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.