İnam Kərimov Məhkəmə-Hüquq Şurasının sədri seçildi

İyunun 24-də Məhkəmə-Hüquq Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

 

Senzor.az Şuraya istinadən bildirir ki, iclasda Məhkəmə-Hüquq Şurasının sədrliyinə Şuranın üzvü İnam Kərimovun namizədliyi irəli sürülərək səsverməyə qoyulub. Şura üzvlərinin yekdil səsi ilə İnam Kərimov Məhkəmə-Hüquq Şurasının sədri seçilib.

 

Göstərilən yüksək etimada görə Şuranın üzvlərinə təşəkkürünü bildirən İ.Kərimov qeyd edib ki, əsası Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev tərəfindən qoyulan məhkəmə-hüquq islahatları bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Sədr "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının məhkəmə sistemində yeni mərhələnin başlanması kimi qəbul edildiyini diqqətə çatdırıb.

 

İclasda, həmçinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub və müvafiq təkliflər verilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.