Ağstafada ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Senzor.az bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qırılı kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Daewo" markalı avtobus minik maşını ilə toqquşub. Nəticədə Tovuz rayon Cəlilli kənd sakini, 1970-ci il təvəllüdlü Abbasova Səringül İsfəndiyar qızı hadisə yerində dünyasını dəyişib.
Daha 3 nəfər, Tovuz rayon Cəlilli kənd sakinləri - 1969-cu il təvəllüdlü Bəsdi Firqələr qızı Məmmədova, 1969-cu il təvəllüdlü Məmmədov Saxavət İsfəndiyar oğlu və 1993-cü il təvəllüdlü Məmmədov Fuad Sübhan oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.