Qəbələdə sellə əlaqədar köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edildi
VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qəbələ rayon Laza kəndi ərazisində vətəndaşların çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Nazirlikdən Senzor.az-a verilən xəbərə görə, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin və Mülki Müdafiə Qoşunlarının qüvvələri cəlb edilib.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, intensiv yağan yağışlar nəticəsində Dəmiraparan çayına sel gəlməsi səbəbindən Laza kəndi, Tala adlanan ərazidə istirahətdə olan vətəndaşlar təhlükəli vəziyyətdə qalıblar.

 

Xilasedicilər xilasetmə vasitələrindən, o cümlədən alpinist avadanlıqlarından istifadə etməklə unikal xilasetmə əməliyyatı həyata keçirərək çay üzərində xüsusi xilasetmə keçidi qurub təhlükəli vəziyyətdə qalan vətəndaşlar, 1987-ci il təvəllüdlü Hüseynov Orxan Qurban oğlu, 1988-ci il təvəllüdlü Abbasov Elşən Eynulla oğlu, 1989-cu il təvəllüdlü Şabıyev Elşən Elxan oğlu, 1990-cı il təvəllüdlü Şirvanzadə Şakir Akif oğlu və 1990-cı il təvəllüdlü Əsədov Pünhan Süphan oğlunu çayın üzərindən keçirərək təhlükəsiz əraziyə təxliyə ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.