Azərbaycanda son 20 ildə zərərsizləşdirilən cinayətkar qrup və dəstələrin sayı açıqlanıb.
Senzor.az-ın məlumatına görə, daxili işlər naziri Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Polis Günü”nə və 2022-2023-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə bildirib ki, son 20 ildə cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparılıb, o cümlədən 24 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib.
Nazir onu da bildirib ki, göstərilən müddət ərzində Azərbaycanda cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub. Axtarışda olan 69 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 20 tona yaxın narkotik vasitə çıxarılıb.