İyulun 3-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 28-33° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-21°, gündüz 30-35°, dağlarda gecə 9-14°, gündüz 15-20° isti olacaq.