Goranboyda növbəti sel suları yenə fəsadlara yol açıb.
Musavat.com-un xəbərinə görə, yağan leysan yağışlar nəticəsində rayonun Nizami, Dəyirmanlar, Azad kəndlərindən sel keçib.
Sel suları Azad kəndində bir neçə evin həyətinə, zirzəmisinə dolub, evlərin həyətyanı sahələrində olan bütün əkini məhv edib.
Bəzi sakinlərə məxsus ev quşları tələf olub. Bundan başqa, sel suları biçilməmiş taxıl, yonca, otlaq, günəbaxan sahələrinə də ziyan vurub.
Daha ətraflı videosüjetdə: