İyulun 4-də Xəzər dənizinin Azərbaycan sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 00:01-də qeydə alınıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar Bakı və digər şəhərlərdə də hiss olunub.
Bu arada sosial şəbəkələrdə və bir sıra saytlarda çoxmərtəbəli binalarda yaşayan bəzi paytaxt sakinlərinin zəlzələdən qorxaraq evlərini tərk edib həyətə düşdüklərini əks etdirən fotolar yayılıb.
**00:24
Xəzər dənizində, Azərbaycan sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.
Senzor.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seymoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.
Zəlzələ Azərbaycanın bir sıra rayonlarında, həmçini paytaxt Bakıda da hiss olunub.