"Azərbaycanın müasir tələblərə cavab verən seysmoloji xəritəsi yoxdur" - RSXM
YENİLƏNİB

"Azərbaycanın müasir tələblərə cavab verən seysmoloji xəritəsi yoxdur".


Senzor.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirilən mətbuat konfransında deyib.


Baş direktor yeni xəritə ilə bağlı RSXM tərəfindən təklif verildiyini söyləyib.


Azərbaycanda bu xəritənin ən son 1957-ci ildə ərsəyə gəldiyini xatırladan Q.Yetirmişli bildirib ki, hazırda Fövqəladə Hallar Nazirliyi ilə birlikdə yeni xəritənin hazırlanması istiqamətində işlər aparılır.


Qeyd edək ki, yerli vaxtla iyulun 4-ü saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzən 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5,5, dərinliyi isə 65 km olub. Dağıntı və tələfat olmayıb.

**11:33

Zəlzələ ilə bağlı qorxulu nəsə gözlənilmir.


Senzor.az xəbər verir ki, bunu iyulun 4-də Xəzər dənizində baş vermiş zəlzələyə dair AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli mətbuat konfransında deyib. Onun sözlərinə görə, qorxulu və ciddi təlafatlara səbəb olacaq yeraltı təkanlar gözlənilmir:


"Əhaliyə demək istəyirəm ki, şayiələrə inanmasınlar. Güclü yeraltı təkanlar gözlənilmir. İşlərində-güclərində, istirahətlərində olsunlar".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.