Zəngilan Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Bürünlü kəndinin ərazisində çətənə bitkiləri aşkar edilib.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Qeyd olunub ki, yabanı halda bitən ümumilikdə çəkisi 3 ton 330 kiloqram olan 4 630 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.