Naxçıvan Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Naxçıvan şəhərinin müxtəlif istiqamətlərində, hərəkətin daha intensiv olduğu küçə və prospektlərdə, nizamlanmayan piyada keçidlərində hərəkət edən piyadalara yol verməyən, sürət həddini aşan, yersiz davranışlardan, konstruksiya dəyişikliklərindən tutmuş, digər təhlükəli vəziyyət yaradan sürücülərə qarşı reydlər keçirib.
“Report” xəbər verir ki, reydlər zamanı avtomobillərdə konstruksiya dəyişikliyi edən, kustar üsulla pərdə vuran, yol hərəkəti qaydalarını pozan, kəsilmiş purjinli avtomobil sürən, ön işıqlarını qara plyonka ilə üzləyən sürücülər inzibati qaydada cərimə edilib, nəqliyyat vasitələri isə cərimə meydançasına aparılıb.
Dövlət Yol Polisi reydləri davam etdirəcək.