Yağış yağacaq, güclü külək əsəcək - SABAHIN HAVASI

İyulun 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

 

Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, gecəyə doğru yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-25°, gündüz 26-30° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət 55-65% olacaq.

 

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26°, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-28° isti olacaq.

 

Azərbaycanın bölgələrində şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 19-23°, gündüz 26-31°, dağlarda gecə 10-15°, gündüz 15-20° isti olacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.