Nazirlər Kabineti İşlər İdarəsinin müdirindən hədə-qorxu ilə pul tələb ediblər – NÖVBƏTİ MƏHKƏMƏ BAŞLAYIR

Hədə-qorxu yolu ilə tələb etmədə təqsirləndirilən iş adamı Vahid Xələfovun məhkəməsi başlayır.

 

"Report" xəbər verir ki, onun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Azad Məcidovun sədrliyi ilə araşdıralacaq.

 

İş üzrə zərəçkmiş tərəf isə Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdur.

 

V.Xələfova qarşı Cinayət Məcəlləsinin 182.4-cü ( Hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Məhkəmənin vaxtı hələki məlum deyil.

 

Qeyd edək ki, V.Xələfov tikinti şirkətinin sahibidir. Tərəflər arasında xeyli vaxtdır tikinti məsələləri ilə bağlı münaqişəli vəziyyət davam edir və məhkəmə çəkişməsi gedir.

 

Daha əvvəl isə H.Xəlilovla V.Xələfov arasındakı məsələlərlə bağlı bütün məhkəmə instansiyaları, eləcə də Ali Məhkəmə H.Xəlilovun xeyrinə qərar çıxarıb.

 

Xatırladaq ki, Baş nazir Əli Əsədovun müvafiq sərəncamı ilə Hikmət Xəlilov 2019-cu ildə Nazirlər Kabineti Aparatının İşlər müdiri təyin olunub.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.