Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb.
“Qafqazinfo” xəbər verir ki, sessiyada Ali Məclis komitələrinin sədrləri, sədr müavinləri və üzvlərinin adları açıqlanıb. Yeni tərkiblə deputatların sayı 5-dən 10-a çatdırılıb, 6 komitədən 2-si ləğv edilib.
Komitə üzvləri arasında Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov və oğlu Seymur Talıbov da yer alıblar. V.Talıbov Sosial siyasət komitəsinin, S. Talıbov isə Hüquq siyasəti komitəsinin üzvü seçilib.
Qeyd edək ki, Vasif Talıbov indiyədək heç bir komitənin üzvü olmayıb. Seymur Talıbov isə bundan əvvəl İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü idi.