Qərbi Azərbaycan İcmasında Nüvədi kənd sakinlərinin görüşü keçirilib

Bu gün Qərbi Azərbaycan İcmasında “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Qərbi Zəngəzur mahalı, Nüvədi kənd sakinlərinin görüşü keçirilib.


Senzor.az-ın məlumatına görə, tədbirdə İcmanın aparat rəhbəri Qalib Qasımov, QAİ-nin Müşahidə Şurasının üzvü, Meğri rayon icmasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın akademiki Fikrət Əliyev, BDU-nun kafedra müdiri İsmayıl Əliyev, YAP təftiş komissiyasının üzvü Musa Musayev çıxış ediblər.


Çıxışçılar Ümummilli Lider Heydər Əliyevin nüvədililərə olan diqqət və qayğısından danışıblar.


Bildirilib ki, kənd sakinlərinin 1987-1991-ci illərdə göstərdikləri müqaviməti Ulu Öndər Heydər Əliyev yüksək qiymətləndirilib və Ümummilli Lider Nüvədi kəndinin camaatının çox dəyanətli insanlar olduğunu söyləyib.


Vurğulanıb ki, qədim yaşayış məskənlərimizdən biri olan Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Azərbaycanın Cəbrayıl qəzasına tabe olub. Nüvədi kəndi işğala qədər ərazisi 270 kv.km-i əhatə etməklə, 18 min hektar torpağa malik, müasir şəhər tipli inzibati ərazi idi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.