Bakıda soyğunçuluq edən iki nəfər polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.
“Report”un məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, iki nəfər naməlum şəxs taksiyə oturaraq bıçaqla sürücüyə hədə-qorxu gəlib və ondan pul tələb ediblər.
Bu zaman taksi sürücüsü avtomobildən qaçaraq ərazidə növbə çəkən polis əməkdaşlarına məlumat verib.
Soyğunçular Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı İsmayılov Çərkəz Füzuli oğlu və onun növbə yoldaşı tərəfindən zərərsizləşdirilib.
Bu zaman soyğunçulardan biri özünə bıçaqla xəsarət yetirib və daha sonra polis əməkdaşına bıçaqla xəsarət yetirməyə cəhd edib.
Hadisənin təfərrüatı araşdırılır.