Daşkəsəndə intihar hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Çovdar kəndində qeydə alınıb.
Ağdaş rayon sakini, 1994-cü il təvəllüdlü Səbuhi Süleymanov idarə etdiyi ekskavatordan özünü asıb. Onun meyti iş yoldaşları tərəfindən asılmış vəziyyətdə tapılıb. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, S.Süleymanov nişanlı olub, yaxın günlərdə onun toyu olacaqdı. Mərhumun hansı səbəbdən intihar etdiyi məlum deyil.
S.Süleymanov şirkətlərin birində ekskavator sürücüsü işləyib. Faktla bağlı araşdırma aparılır.