Kür çayının Şəmkir rayonunun Dəllər Cırdaxan kəndindən keçən hissəsində batanların kimliyi bəlli olub.
"Report"un məlumatına görə, onlar Qazax rayon sakinləri - 2003-cü il təvəllüdlü Nurlan Elburus oğlu Kərimov və onun 2008-ci il təvəllüdlü qardaşı Akşin Elburus oğlu Kərimovdur.
Eyni zamanda Kür çayında batanların anaları - 1985-ci il təvəllüdlü Günay Valeh qızı Kərimova da Kür çayında boğularaq dünyasını dəyişib. Onların meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
**17:39
Şəmkir rayonunda 2 nəfər Kür çayında batıb.
"Report" bildirir ki, Kür çayının Şəmkir rayonunun Keçili kənd ərazisindən keçən hissəsində batan şəxslərin axtarışı üçün əraziyə dalğıc-axtarış qrupu cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.