Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.
Bu barədə Senzor.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, bu gün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları “Nardaran-2" sularda xilasetmə məntəqəsinin ərazisində, "Bilgəh-2" sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) və Şıx ictimai çimərliyinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfəri xilas ediblər.
FHN-dən onu da bildiriblər ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 20 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.