FHN hadisə ilə bağlı daha bir məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, müvafiq texnikası və xüsusi təlim keçmiş xidməti it axtarış-xilasetmə işlərinə cəlb olunub.
Xilasedicilər xüsusi texnika və avadanlıqlardan istifadə etməklə axtarış-xilasetmə işlərini davam etdirir.
Əlavə məlumat veriləcək.
**00:31
Fövqəladə Hallar Nazirliyinin FHN) “112” qaynar telefon xəttinə Göygöl şəhərində fərdi yaşayış evində 1 nəfərin uçqun altında qalması barədə məlumat daxil olub.
Senzor.az bildirir ki, məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Məlum olub ki, hadisə evdə təmir zamanı baş verib, zirzəminin dağıntıları altında qalan 1 nəfər ölüb.
“Qafqazinfo”nun məlumatına görə, ölən şəxsin ev sahibi Emin Cəfərov olduğu bildirilir.