Keçmiş məcburi köçkünlərin yenidən qurulan Füzuli şəhərinə qayıdışı davam edir.
Senzor.az bildirir ki, avqustun 21-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Bu mərhələdə Füzuli şəhərinə daha 24 ailə - 68 nəfər köçürülüb.
Köçürülən ailələr Füzuli şəhərində yeni tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Füzuli şəhərində 47 ailə, yəni 158 nəfərin daimi məskunlaşması təmin edilib.