Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyitinin qalıqları tapılmış Niftəliyev Adil Kamal oğlu Xaçmaz rayonunda dəfn olunub.
Yerli KİV xəbər verir ki, şəhid yaylım atəşi və Dövlət Himninin sədaları altında ata və anasının dəfn olunduğu Dədəli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon ictimayyəti iştirak ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhidin tabutuna sarılmış üçrəngli bayrağı A.Niftəliyevin qardaşına təqdim edib.