Abşeron xəstəxanasının qarşısında uzun növbələr yaşanır - VİDEO

Abşeron Rayon Mərkəzi Xəstəxanasının qarşısında uzun növbələr yaşanır. Vətəndaşlar bildirirlər ki, məktəb və bağçaya gedən övladlarına sağlamlıq haqqında arayış almaq üçün səhər saat 9-dan gələrək uzun müddət növbə gözləməli olurlar.

 

Bununla bağlı “Xəzər Xəbər”in qaynar xəttinə görüntü göndərilib.

 

Onlar sıxlığı bir sıra ərazilərin - Qobu, Mehdiabad, Ceyranbatan, Güzdək sakinlərinin də bura üz tutmaqları ilə əlaqələndirirlər.

 

Xezerxeber.az-ın məlumatına görə, Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi sıxlığın yaranmasının səbəbini vətəndaşların əksəriyyətinin günün birinci yarısında müraciət etməsi ilə əlaqələndirir.

 

Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, Elm və Təhsil Nazirliyinin kollegiya  qərarı ilə təsdiq edilmiş uşaqların, şagirdlərin təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi qaydalarına əsasən, uşaqlar birinci sinfə qəbul olunduqda valideynin təqdim etdiyi sənədlər içərisində uşağın sağlamlığı haqqında tibbi arayış, forma 26-ı da mütləq şəkildə olmalıdır.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.