Azərbaycan sahibkarları işğaldan azad edilmiş ərazilərin təmizlənməsi üçün Qarabağ Dirçəliş Fonduna minatəmizləmə maşını ianə edib.
Senzor.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Laçın şəhəri günü ölkəmizdə həm də qayğı, mərhəmət və xeyirxahlıqla bağlı olan xüsusi günü təcəssüm etdirir. Məhz belə bir tarixdə Azərbaycan istehsalı olan minatəmizləmə maşınının sahibkarlar tərəfindən ianə olaraq işğaldan azad edilmiş ərazilərimizin təmizlənməsi üçün Qarabağ Dirçəliş Fonduna təqdim olunması qürur və sevinc bəxş edir. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirik”, - deyə o qeyd edib.