Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda mebel sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Senzor.az-a FHN-dən məlumat verilib.
Əlavə məlumat veriləcək.
**19:32
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda mebel sexində yanğın olması barədə ilkin məlumat daxil olub.
Bu barədə Senzor.az-a FHN-dən bildirilib.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.