Zəfər Qəzənfər oğlu Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin edilib.
Senzor.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Prezident ADAU-nun əvvəlki rektorunu ötən il vəzifəsindən azad etmişdi. Zəfər Qurbanov isə buna qədər Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsini icra edirdi.