Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı ayrılıb.
Senzor.az bildirir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasında dini dəyərlərin qorunması və daha da inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat ayrılıb.
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadədir. O bu vəzifəyə 1980-ci ildə seçilib.