"İƏT nümayəndə heyəti azad olunan ərazilərdə faktlar toplayacaq" - OMBUDSMAN
Yenilənib

"İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) nümayəndə heyəti Ermənistanın işğalından azad olunan ərazilərə səfər edəcək və faktlar toplayacaq".

Bunu Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, səfərin məqsədi ermənilərin vandallığı, dağıtdıqları abidələrlə bağlı hesabat hazırlamaqdir: "Faktlar toplanacaq. Nümayəndə heyəti işğaldan azad olunmuş rayonlara səfər edəcək. Faktlar sənədləşəcək və beynəlxalq təşkilatlara göndəriləcək. Cinayətkarların məsuliyyətə cəlb olunması üçün lazımı addımlar atılacaq".

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə İƏT MDİHK-in sədri Muhammad Laval Sulaiman (Nigeriya), İƏT MDİHK sədr müavini Hacı Ali Açıkgül (Türkiyə), İƏD MDİHK üzvü Hilal bin Said al Şidhani (Oman), İƏT MDİHK katibliyinin icraçı direktoru Nura Zaid Alrşoud (Səudiyyə Ərəbistanı), İƏT MDİHK Katibliyinin direktoru Javed Saqlain (Pakistan), İƏT MDİHK Katibliyinin əməkdaşı İbrahima Saidou Kamara (Qvineya) daxildir.

Nümayəndə heyətinin səfərinin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.

**14:53

Ombudsman bayrağımıza qarşı hörmətsizlik etdikləri üçün saxlanılan erməni futbolçularla görüşündən danışıb.


APA xəbər verir ki, jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, hər zaman olduğu kimi Azərbaycan öz öhdəliyinə götürdüyü bütün norma və prinsiplərə riayət edir və buna uyğun hərəkət edir.


"Onlar Azərbaycan hökumətinə öz dərin təşəkkürlərini bildirdilər və əməllərinə görə peşmandırlar. Onların sözlərinə görə, onları bu əməli törətməyə böyükləri, klubun rəhbərliyi və məşqçiləri məcbur edib.


Bu Azərbaycanfobiya siyasətinin həyata keçirilməsinin bir daha bariz göstəricisidir. Biz bunu hər zaman həmkarlarımızın nəzərinə çatdırırıq. Təəssüf ki, bu hallar davam edir".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.