Sabahdan yağıntılar tədricən kəsiləcək

Sentyabrın 13-ü saat 9-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Senzor.az-a verilən məlumata görə, bəzi yerlərdə yağıntılar intensiv və güclü olub.

 

Şahdağda 2 750 metr hündürlüyə qar yağıb.

 

Yağan intensiv yağışlar nəticəsində sentyabrın 13-ü saat 8 radələrində Qəbələ rayonu ərazisindən keçən Dəmiraparançay və Şəki rayonu ərazisində keçən Damarçın çayından sel keçib.

 

Gəncə, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Oğuz, Şamaxı, Qrız, Şəki, Balakən, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.

 

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin sentyabrın 14-ü gündüz saatlarından tədricən düzələcəyi gözlənilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.