Zaqatalada partlayıcı maddənin partlaması nəticəsində 3 nəfər yaralanıb. Bir nəfər daha sonra xəstəxanada həyatını itirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Senzor.az-a verilən məlumata görə, sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində üç nəfər kənd sakini - 1991-ci il təvəllüdlü Məqsəd Rzayev, 1992-ci il təvəllüdlü İlqar Cumayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun xəsarət alması barədə polisə məlumat daxil olub.
Həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov dünyasını dəyişib. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, həyatını itirən şəxs Vətən müharibəsi iştirakçısıdır.