Milli Məclisin payız sessiyasının ilk plenar iclası öz işinə başlayıb.
Senzor.az bildirir ki, iclasın gündəliyinə 18 məsələ daxildir.
İclasda Birinci və İkinci Qarabağ müharibələrində, həmçinin son antiterror tədbirləri zamanı şəhid olanların, eləcə də dünyasını dəyişən deputatlat Madər Musayev və Qənirə Paşayevanın xatirələri yad edilib.
Qeyd edək ki, sentyabrın 23-də səhhətində yaranan ciddi problemlərlə əlaqədar Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirən Qənirə Paşayeva sentyabrın 28-də vəfat edib. Madər Musayev isə bu il iyulun 14-də dünyasını dəyişib.