Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Oktyabrın 5-i saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub.

 

Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, Şahdağ, Qoşqar (Daşkəsən) və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb.

 

Qar örtüyünün hündürlüyü Şahdağda 16 sm olub.

 

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib.

“Neft Daşları” stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,2 metrə çatıb.

 

Şamaxı, Şəki, Balakən, Kürdəmir, Qrızda duman müşahidə olunub.

 

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti oktyabrın 5-i gündüzədək davam edəcək. Oktyabrın 6-da havanın sabit, əksər rayonlarda, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.