Antiterror tədbirlərində yaralanaraq şəhid olan polis dəfn edilib
YENİLƏNİB, foto

Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının Qarabağda keçirilən antiterror tədbirləri zamanı ağır yaralanan, bu gün şəhid olan polis nəfəri Əzizbəy Etibar oğlu Muradov dəfn edilib.


APA-nın məlumatına görə, şəhid Əzizbəy Muradovun nəşi doğulduğu Sabirabad rayonunun Ulacalı kəndinə gətirlib. Onunla yaşadığı evdə vida mərasimi keçirilib. Şəhid, Ulacalı kənd qəbiristanlığında, yaxınlarının məzarının yanında torpağa tapşırılıb.


Dəfn mərasimində rayon ictimaiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Çevik Polis Alayının əməkdaşları, hərbiçilər və şəhidin yaxınları iştirak ediblər.

**11:55

Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal xarakterli antiteror tədbirləri zamanı ağır yaralanan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis nəfəri Əzizbəy Muradov şəhid olub.


Senzor.az xəbər verir ki, o, oktyabrın 6-da müalicə olunduğu hospitalda vəfat edib.


Ə.Muradov Sabirabad rayonunun Ulacalı kəndində dəfn olunacaq.


Xatırladaq ki, Muradov Əzizbəy Etibar oğlu 44 günlük Vətən müharibəsində də iştirak edib.


Prezident İlham Əliyevin sərəncamları ilə “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.


Allah rəhmət eləsin!






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.