Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gədəbəy rayonunun Qaradağ kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Nazirlikdən Senzor.az-a verilən məlumata görə, siqnal qəbul ediləndən dərhal sonra FHN-in həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Nissan” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər yaralı, 1 nəfər isə ölmüş vəziyyətdə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.