İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqi Müşahidə Şurasının növbəti iclası keçirilib
FOTO

İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqi Müşahidə Şurasının birgə iclası keçirilib.

 

Senzor.az bildirir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə keçirilən birgə iclasın gündəliyində ölkənin neft-qaz hasilatı sahəsində cari vəziyyət və perspektivlər, o cümlədən, SOCAR-ın və ümumilikdə respublikanın neft-qaz sektorunun uzunmüddətli inkişaf planları, gələcək hasilat proqnozları, Heydər Əliyev adına Neft Emalı Zavodunun Yenidənqurma və Modernizasiya Layihəsinin icra vəziyyəti, həmçinin Layihənin icrası üçün tələb olunan əlavə işlər və digər cari məsələlər geniş müzakirə olunub.

 

İclasda SOCAR-ın prezidenti Rövşən Nəcəfin məruzəsi və Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun çıxışı dinlənilib.

 

İclasın yekununda müzakirə olunan məsələlər barədə Şuranın üzvlərinin təklifləri nəzərə alınmaqla AİH-nin İdarə Heyətinə və SOCAR-a müvafiq tapşırıqlar verilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.