Şuşada TÜRKSOY Daimi Şurasının 40-cı iclası keçirilib
YENİLƏNİB, FOTO


Oktyabrın 13-də Şuşada TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası keçirilib.

 

Senzor.az bildirir ki, tədbir Azərbaycan Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşib.

 

İclasda çıxış edən mədəniyyət naziri Adil Kərimli tədbirin əhəmiyyətindən danışıb. İclasda müzakirə olunacaq məsələlərin çox olduğunu bildirən nazir iştirakçıları qərarların qəbul edilməsində fəal olmağa çağırıb.

 

TÜRKSOY-un Baş katibi Sultan Raev builki iclasın əhəmiyyətli bir ilə təsadüf etdiyini bildirib. Deyib ki, bu il ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi və TÜRKSOY-un 30 illik yubileyləridir.

 

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iclasın mühüm qərarlarla yadda qalacağını bildirib.

 

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qeyd edib ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bununla bağlı tədbirlər haqqında Prezident İlham Əliyev tərəfindən müvafiq sərəncam imzalanıb. Sərəncama uyğun olaraq, bu il Şuşada müxtəlif tədbirlər həyata keçirilib.

 

Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Kayrat İmanaliyev Şuşada olmasından məmnunluğunu qeyd edib, iclasda alınacaq qərarların ölkələrimizin gələcək əməkdaşlığına öz töhfəsini verəcəyini diqqətə çatdırıb.

 

Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahodir Axmedov son illər Türk dünyasının müxtəlif əhəmiyyətli layihələrə imza atdığını bildirib. Qeyd edib ki, bu layihələr xalqımızın birliyini daha da gücləndirəcək.

 

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində düşməndən azad edilmiş Şuşada belə bir iclasın keçirilməsinin təqdirəlayiq olduğunu söyləyib. O, iki il əvvəl Şuşaya səfər etdiyini, bu müddətdə şəhərin çox gözəlləşdiyini vurğulayıb.

 

Şimali Kipr Türk Respublikası Baş nazirinin müavini - turizm, mədəniyyət, yaşayış və ətraf mühit naziri Fikri Ataoğlu Türk dünyasının bir araya gəlməsi adına TÜRKSOY-un missiyasını yüksək qiymətləndirib, Şimali Kiprin Türk dünyasının bir parçası olmasından qürur duyduqlarını deyib.

 

Sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev və başqalarının çıxışları dinlənilib.

 

İclas daha sonra qapalı formatda işini davam etdirib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 


**16:38



Oktyabrın 13-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə I Türk Dünyası Mədəniyyət Forumu başlayıb.


Bu barədə Senzor.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.


Forum iştirakçıları və qonaqlar Şuşa Yaradıcılıq Mərkəzini ziyarət edərək "Heydər Əliyev və Qarabağ" adlı sərgi ilə tanış olublar.


Sərgidə Ulu öndər Heydər Əliyevin sovet dövründə Azərbaycanın Qarabağ bölgəsində sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətlərində xidmətlərini əks etdirən unikal fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Həmçinin sərgidə Ümummilli liderin Qarabağa səfərləri, burada keçirdiyi görüşlər, müxtəlif tədbirlərə aid fotoları da yer alır.

Daha sonra forum iştirakçıları şəhərdəki Saatlı məscidinə baş çəkib. Qonaqlara məscidin tarixi barədə məlumat verilib. Bildirilib ki, Şuşanın Saatlı məhəlləsində yerləşən eyniadlı məscid ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb. Saatlı məscidi Qarabağda bir neçə monumental dini və mülki tikilinin, o cümlədən Şuşada Aşağı və Yuxarı Gövhər ağa məscidləri, Ağdamda Cümə məscidi və Bərdə İmamzadə türbəsinin memarı olan Kərbəlayı Səfixan Qarabağinin layihəsi əsasında 1883-cü ildə inşa olunub.


Saatlı məscidində sonuncu dəfə ötən əsrin 80-ci illərində təmir-bərpa işləri aparılıb. 1992-ci il mayın 8-də Şuşa Ermənistan tərəfindən işğal olunduqdan sonra Saatlı məscidi talan edilmiş, minarəsi dağıdılmışdı. Şəhər müzəffər Azərbaycan Ordusu tərəfindən azad olunandan sonra məsciddə bərpa işləri aparılıb.


Qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci il yanvarın 14-də Şuşaya səfəri zamanı Saatlı məscidinə də baş çəkib. Dövlət başçısı məscidə Məkkədən gətirilmiş “Qurani-Kərim” hədiyyə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.