"Bu gün ölkədə universitetlər ehtiyacdan çox sayda hüquqşünas yetişdirir" - SAHİL BABAYEV
YENİLƏNİB

"Bu gün ölkədə universitetlər ehtiyacdan çox sayda hüquqşünas yetişdirir".


Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Təhsilin İnkişafı Forumunda "İnnovasiya ekosisteminin yaradılması" panelində çıxışı zamanı deyib.


O, bir çox ali təhsil müəssisəsinin istedadlı tələbələrini işə götürdüklərini söyləyib: "Çünki hamı mütəxəssis axtarır. Özəl sektor da həmin şəxslərə ehtiyac duyur. Ancaq bu gün ölkədə ali təhsil müəssisələri ehtiyacdan çox sayda hüquqşünas yetişdirilir. Əslində, ehtiyac duyulan aqronom peşəsidir.. Misal olaraq, bu gün hüquqşünaslarımız aqronomlardan aşağı əməkhaqqı alır. Yaxud da bu gün 25 manatdan aşağı iş görən ağac budayan birini tapmaq olmur. Bu da o deməkdir ki, həmin şəxs 6 günlük iş həftəsi üzrə ay sonu təxminən 700-800 manat gəlir əldə edir. Bir çox ali təhsilli şəxs isə həmin əməkhaqqını ala bilmir. Tələblərin hamısını işəgötürənlərdən istəyirik. Bu gün işlə təminat məsələsindəki əhatə dairəsi heç də arzuedilən kimi əmək bazarına girən 100 faiz vətəndaşı əhatə etmir. Qarşımızda duran ən böyük çağırış da budur. Əhatə dairəmizi artırmağı qarşımıza hədəf qoymuşuq".

**12:37

Ölkəmizdə ali təhsil sistemində universitetlər vətəndaşların maddi gücünə uyğun ixtisas verməyə çalışırlar. Məsələn, vətəndaşın 1500 manat ödənişə gücü çatırsa, ona kompüter mühəndisi olmağı təklif edir. Dünyada mühəndis hazırlamaq üçün bir nəfərə nə qədər vəsait ayrılır? Əgər biz buna diplom ticarəti kimi baxırıqsa, adı başqa şeydir.


Bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumunda deyib.


Bildirib ki, ölkəmizdə təhsil almaq istəyənlərin sayı ən az 3 dəfə artıb: “1500 manata kompüter mühəndisi oxumaq oxumamaqdan daha yaxşıdır, ən azından tələbənin bəzi bacarıqları formalaşır.


Xaricdə təhsil üçün bəzən bir vətəndaşımıza 100 min dollar sərf olunur. Məsələn, mən hesablamışdım, mənim xaricdə təhsilimə 130 min dollar sərmayə qoyulmuşdu. Bu olmasaydı, mən xaricdə təhsil ala bilməzdim. Mövcud resursları düzgün və optimal paylamalıyıq”.

**12:14

Əvvəlki 10 illə müqayisədə ali təhsil müəssisələri indi daha yaxşı mövqedədirlər. Azərbaycan universitetlərinin Top 500-də olması arzuolunandır.


Senzor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumunda deyib.


Nazir bildirib ki, bunun arxasında tədqiqatlar, özəl sektorla əməkdaşlıq dayanır: “Bu, birdən-birə olmur. Çünki 5 illik nəticələrə baxılır. Növbəti 3 ildə real olaraq ən azı 3 universitetin TOP 800-ə düşəcəyini proqnozlaşdırırıq. Dünyada 30 min universitet arasında ilk minliyə düşmək böyük uğurdur”.

**11:31

Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilir.


Senzor.az xəbər verir ki, "İnnovasiya ekosisteminin yaradılması", "Universitet – sənaye tərəfdaşlığı", "Gələcək üçün təhsil" panellərindən ibarət olacaq Forumda peşəkar moderator və spikerlər iştirak edəcəklər.


Panellər zamanı təhsil və iqtisadiyyatın inteqrasiyası, təhsil və əmək bazarı, sənaye ilə tərəfdaşlıq strategiyası, sənayenin təhsildən gözləntiləri, əlavə dəyərin yaradılması, ekosistemin inkişafında bankların rolu, tədqiqat və inkişaf ekosistemi, ömürboyu təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil mövzularından bəhs olunacaq.


“Təhsildən tərəqqiyə” devizi ilə təşkil olunan forumda iştirakçılarla işgüzar əlaqələrin qurulması, birgə layihələrin planlaşdırılması, həmçinin innovasiya ekosisteminin yaradılması, dövlət – özəl tərəfdaşlığı, təhsil və iqtisadiyyatın inteqrasiyası kimi mövzular üzrə müzakirələr, iştirakçıları maraqlandıran sualların yerli və beynəlxalq mütəxəssislər tərəfindən cavablandırılması əsas hədəflərdəndir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.