2024-cü ildə Azərbaycanda kütləvi informasiya vasitələrinin (KİV), o cümlədən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV), İctimai Televiziya və Radio Yayımları Şirkətinin, “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin fəaliyyətinin təmin olunması məqsədilə 64,9 milyon manat maliyyə yardımı (subsidiya) nəzərdə tutulur.
Senzor.az Maliyyə Nazirliyinə istinadən bildirir ki, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11,2 % çoxdur. Artım əsasən AzTV-nin vergi öhdəlikləri üzrə xərclərlə bağlıdır.